Valyuta məzənnəsi

Fransada Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabı çap edilib

Tarix:31-03-2019, 12:32

Fransada Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabı çap edilibFransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi azərbaycanlı mühacir Timuçin Hacıbəylinin müəllifi olduğu “Mühacirlərin həyatı” kitabını çap edib.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ötən ilin iyul ayında Fransaya səfəri zamanı Cümhuriyyətin mühacirlərinin ailə üzvləri ilə görüşündə təşəbbüs irəli sürüb və Timuçin Hacıbəylinin ailəsi bu təşəbbüsü bəyənib. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu kitab çap edilib. Paskaloğlu ailəsi ötən il komitənin dəstəyi ilə Azərbaycana səfər edib və ölkəmizdə görüşlər keçirib.

Kitabda T.Hacıbəyli mühacirət xatirələrindən söz açaraq, Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri, xüsusilə də Ceyhun Hacıbəyli, Əlimərdan Topçubaşovla görüşlərini qələmə alıb. O, həmçinin valideynlərinin mühacirət həyatından, bütün mühacirlərin üzləşdikləri çətinliklərdən söz açıb.

T.Hacıbəyli İkinci Dünya müharibəsində Fransanın əsgəri olmuş qardaşı haqqında da bəhs edib. Bundan başqa, o, kitabda Jan-Pol Sartr və Albert Kamyu ilə dostluq əlaqələrindən də danışıb. Nəşrdə T.Hacıbəylinin əlyazmalarının orijinalının surətləri də verilib.

Fransada azərbaycanlı mühacirlərin həyatı ilə maraqlanaraq “Parisdə keçən illər və görüşlər” adlı kitab yazan Ramiz Abutalıbov “Mühacirlərin həyatı” kitabına ön söz yazıb.

Qeyd edək ki, “Kəpəz” nəşriyyat evinin əsas məqsədi yazıçılarımızı, ədəbiyyatımızın incilərini avropalı oxuculara tanıtmaqdır.

Oxunub: 217



XƏBƏR LENTİ