Beynəlxalq Əmək Təşkilatının (BƏT) 100 illiyi münasibətilə qlobal xarakterli tədbir təşkil ediləcək.
Aprelin 11-də 24 saat ərzində bütün planetdə BƏT-in 100 illiyi münasibətilə təntənəli tədbirlər və tamaşalar marafonu keçiriləcək.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Fici adalarından başlayaraq Filadelfiyaya qədər rəqqaslar, musiqiçilər və digər ifaçıların çıxışları olacaq, işçilərin və işəgötürənlərin nümayəndələri, hətta dövlət başçıları sosial ədalətə və layiqli əməyə həsr edilən xatirə tədbirlərində iştirak edəcəklər.
BƏT hər kəsi 24 saatlıq Dünya telemarafonuna qoşulmağa çağırır.