Valyuta məzənnəsi

“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib

Tarix:22-04-2019, 12:52

“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilibAprelin 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılışını Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ediblər.

Daha sonra Yasamal bələdiyyəsinin üzvü Əli Əkbərli, Əmlak Məsələləri Dövlət Komitəsinin sektor müdiri Nurlan Verdiyev, Dövlət İdarəçilik Akademiyasının dekanı, professor Xatirə Hüseynova və akademiyanın dosenti Roza Əliyeva məruzə ilə çıxış ediblər.

Konfransın gündəliyi və seçilmiş istiqamətlər regional inkişafın idarə olunmasında innovativ proseslərin təhlili, perspektiv imkanların öyrənilməsinə həsr edilib. Bu sahədə əldə edilmiş uğurlar və gələcək inkişaf perspektivləri istiqamətində innovasiyaları təqdim etmək istəyən tədqiqatçılar, müəllim heyəti, mütəxəssislər fikir mübadiləsi aparıblar.

Konfransda Milli Məclis, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hərbi Prokurorluq, Əmlak Məsələləri Dövlət Komitəsi, Ombudsman Aparatının Şəki Regional Mərkəzi, Mingəçevir “ASAN xidmət”, Naftalan Şəhər İcra Hakimiyyəti, Qazax Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti, Beyləqan Rayon İcra Hakimiyyəti, Ağstafa Rayon İcra Hakimiyyəti, Yardımlı Rayon İcra Hakimiyyəti, Tərtər Rayon İcra Hakimiyyəti, Qazax Rayon İcra Hakimiyyəti, Ağdaş Rayon İcra Hakimiyyəti, Zaqatala Rayon İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qərb Universiteti və digər qurumların nümayəndələri iştirak ediblər.

Konfrans öz işini sessiyalarla davam etdirib.

Oxunub: 256



XƏBƏR LENTİ