Valyuta məzənnəsi

Gənclər üçün Təhsil Mərkəzi 3S proqramına start verib

Tarix:27-04-2019, 13:03

Gənclər üçün Təhsil Mərkəzi 3S proqramına start veribGənclər üçün Təhsil Mərkəzinin (GTM) Aran regional ofisi və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyətində könüllülərin iştirakının artırılması, gənclər arasında sosial işin və sosial xidmətin təbliğinə hesablanmış 3S (“Social Service School”) proqramının ilkin görüşü keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Gənclər üçün Təhsil Mərkəzinin Aran regional ofisinin rəhbəri Yusif Poladov layihənin açılış mərasimində sosialyönümlü layihələrin önəmindən danışıb. Qeyd edib ki, “Social Service School” proqramını bitirən gənclər sosial işin dəyərləri və sosial xidmətlər sahəsi haqqında biliklərə yiyələnəcək, daha sonra Gənclər üçün Təhsil Mərkəzi, UNICEF, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin birgə icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində 3 aylıq təcrübə proqramına cəlb ediləcəklər.

Bildirilib ki, 5 gün davam edəcək təlim proqramı GTM-in sosial işçiləri Asif Hacıyev və Turan Sadıqov tərəfindən tədris olunacaq. Gənclərə sosial iş mexanizmi ilə yanaşı, şəxsi inkişaf, layihə yazılması və idarə olunması mövzularında təlimlər keçiriləcək. Təlim proqramını müvəffəqiyyətlə bitirən gənclər sertifikatlarla təltif olunacaqlar.

Oxunub: 243



XƏBƏR LENTİ