Azərbaycanda gənclərin işlə təmin olunması istiqamətində ciddi addımlar atılsa da, gənclər arasında işsizlik göstəricisi orta rəqəmdən 2 dəfə yüksəkdir”.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) təqdimatında deyib.
“2017-ci ilin yekununda gənclər arasında işsizlik göstəricisi 9,2% təşkil edib. Bu rəqəm gənc qadınlar arasında 11%-dir. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq proqramının icrasına 36 mln. manata yaxın vəsait sərf edəcək. Artıq 7 800 nəfər bu proqrama cəlb olunub. Onlara treyninqlər keçirilib, biznes planlarının hazırlanması ilə bağlı biliklər aşılanıb. 6 530 nəfər biznes planını təsdiqləyib. Bu planların 70%-i aqrar sahə ilə bağlıdır. İlin sonuna qədər proses yekunlaşdırılacaq”, – deyə o, qeyd edib.