Valyuta məzənnəsi

Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi aparılıb

Tarix:27-04-2019, 13:06

Nəsimi rayonunda aztəminatlı ailələrin göz müayinəsi aparılıbBakının Nəsimi rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Rayon sakinlərinin pulsuz göz müayinəsi bu sahədə növbəti tədbirlərdən biri olub. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə müxtəlif tibb ocaqlarında sakinlərin göz müayinəsi təşkil edilib.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, CeLaMiG Göz Lazer Klinikasında ixtisaslı həkimlər - tibb elmləri namizədi Akif Sadıxov, oftalmoloq Əhməd Abdullayev və oftalmoloq-cərrah Heyran Şirinova tərəfindən sakinlərin görmə qabiliyyətləri yoxlanılıb, göz dibi təzyiqinin və digər xəstəlik əlamətlərinin olub-olmaması müayinə edilib. Həkimlər görmə problemi olanlara lazımi tibbi xidmət göstərib, bəzilərinə isə məsləhətlər və ambulator müalicə təyin ediblər.

Oxunub: 296



XƏBƏR LENTİ