Valyuta məzənnəsi

70 ildən sonra ilk dəfə olaraq üçrəngli bayrağımızı Azadlıq meydanında qaldıran YAŞAR TÜRK AZƏR VƏFAT EDİB

Tarix:22-07-2020, 20:02

70 ildən sonra ilk dəfə olaraq üçrəngli bayrağımızı Azadlıq meydanında qaldıran YAŞAR TÜRK AZƏR VƏFAT EDİB

Müsavat Partiyası nekroloq yayıb:

Müsavat Partiyasına ağır itki üz verib.

Müsavat Partiyasının Məclis üzvü, demokratik düşərgənin tanınmış simalarından və Xalq Hərəkatının fəallarından biri olan Yaşar Türkazər uzun sürən xəstəlikdən sonra vəfat edib.

Yaşar Türkazər ilk gündən Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda gedən mübarizənin ən fəal iştirakçılarından biri olmuşdur.

Yaşar Türkazər Azərbaycanın ərazi bütövlüyü, hüquqi dövlət və demokratik cəmiyyət uğrunda fədəkarlıqla mübarizə aparırdı.
Meydan hərakatı zamanı ilk dəfə olaraq üç rəngli bayrağımızı Azadlıq meydanında qaldırmışdı.

Yaşar Türkazər Müsavat Partiyasının Məclis üzvü kimi partiyanın Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, azad seçki və digər azadlıqların təmin olunması uğrunda apardığı mübarizədə, müsavatçılıq ideologiyasının yayılmasında da böyük xidmətləri olub. Siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunsada, təqib və təzyiqlərə məruz qalsa da heç vaxt öz əqidəsindən dönmədi.

Əqidəsinə sadiq, mübariz müsavatçı, haqq yolundan dönməyən Yaşar Türkazər həyatı boyu istiqlalın və azadlığın, haqqın yanında durmağı bacardı.

Yaşar Türkazərin əziz xatirəsi müsavatçıların, əqidə dostlarının və onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!


YeniAN.info
Oxunub: 276



XƏBƏR LENTİ