Valyuta məzənnəsi

Azərbaycanın Alen Delonu - böyük sənətçi, Xalq artisti RAFAEL DADAŞOV VƏFAT ETDİ…

Tarix:16-03-2020, 23:01

Azərbaycanın Alen Delonu - böyük sənətçi, Xalq artisti RAFAEL DADAŞOV VƏFAT ETDİ…

Azərbaycanın Alen Delonu olan Xalq artisti Rafael Dadaşov uzun sürən xəstəlikdən sonra bu gün-74 yaşında vəfat edib.

YeniAN.info-nun bildirdiyinə görə, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib: "Bir müddətdir ki, Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhətində ciddi problem yaranmışdı. Diaqnozu ürəyin işemik xəstəliyi, infarktdan sonrakı skleroz və ağ ciyərlərin xroniki xəstəliyi idi".

Xalq artisti Rafael Dadaşov 1946-cı ildə Naxçıvanda doğulub. 1987-ci ildə Əməkdar artist, 16 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısı idi. Bu ilin oktyabr ayında ölkə rəhbərinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdi.

Onu da bildirək ki, Rafael Dadaşov II Fəxri Xiyabanda dəfn ediləcək. Onun cənazəsi sabah saat 14:00-da evindən götürüləcək.

Azərbaycanın Alen Delonu - böyük sənətçi, Xalq artisti RAFAEL DADAŞOV VƏFAT ETDİ…

Oxunub: 241



XƏBƏR LENTİ