Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniaAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 125 602 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.
Ölkədə son sutka ərzində 17 621, hazırkı dövrədək isə 1746198 test aparılıb.
YeniAN.info