Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4186 yeni yoluxma faktı qeydə alınıb, 2072 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniaAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 133 733 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 nəfərdir.
Ölkədə son sutka ərzində 17 609, hazırkı dövrədək isə 1 781 218 test aparılıb.
YeniAN.info