Valyuta məzənnəsi

COVID-19-a 510 yeni yoluxma, 14 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

Tarix:30-12-2021, 19:24

COVID-19-a 510 yeni yoluxma, 14 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1 039 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 616 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 598 793 nəfər müalicə olunaraq sağalıb, 8 346 nəfər vəfat edib, aktiv xəstə sayı 9 213 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 771, ötən müddət ərzində isə ümumilikdə 5 853 336 test aparılıb.

COVID-19-a 510 yeni yoluxma, 14 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

YeniAN.az

Oxunub: 108



XƏBƏR LENTİ