Valyuta məzənnəsi

COVID-19-a 34 yeni yoluxma faktı qeydə alınıb, ölüm yoxdur - AZƏRBAYCANDA

Tarix:17-06-2022, 23:52

COVID-19-a 34 yeni yoluxma faktı qeydə alınıb, ölüm yoxdur - AZƏRBAYCANDA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 145 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 99 nəfərdir.

Ölkədə son sutka ərzində 1 899, hazırkı dövrədək isə 6 934 154 test aparılıb.

COVID-19-a 34 yeni yoluxma faktı qeydə alınıb, ölüm yoxdur - AZƏRBAYCANDA

YeniAN.az

Oxunub: 103



XƏBƏR LENTİ