Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, 9741 nəfər vəfat edib, aktiv xəstə sayı 2 103 nəfərdir.
Ölkədə son sutka ərzində 3543, hazırkı dövrədək isə 7 033 280 test aparılıb.
YeniAN.az