Valyuta məzənnəsi

COVID-19-a 306 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər vəfat edib - AZƏRBAYCANDA

Tarix:26-07-2022, 23:41

COVID-19-a 306 yeni yoluxma faktı qeydə alınıb,  4 nəfər vəfat edib - AZƏRBAYCANDA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 796 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 166 nəfər müalicə olunaraq sağalıb, 9 739 nəfər vəfat edib, aktiv xəstə sayı 1977 nəfərdir.

Ölkədə son sutka ərzində 3 739, hazırkı dövrədək isə 7 029 737 test aparılıb.

COVID-19-a 306 yeni yoluxma faktı qeydə alınıb,  4 nəfər vəfat edib - AZƏRBAYCANDA

YeniAN.az

Oxunub: 135



XƏBƏR LENTİ