Valyuta məzənnəsi

AZAL sabaha planlaşdırılan Bakı-Təl-Əviv-Bakı reysini ləğv edib

Tarix:9-10-2023, 21:04

AZAL-da biletlerin qiymetlerinin optimallasdirilmasi ucun munbit serait yaradilmayib
 
İsraildə, o cümlədən "Ben Gurion" Beynəlxalq Hava Limanının ərazisində qeyri-sabit vəziyyət və raket hücumları ilə
 
əlaqədar "Azərbaycan Hava Yolları" aviaşirkətinin oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə
 
reysi ləğv edilib.Bu barədə  YeniAN.az -a  "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi aviaşirkətin ən yüksək prioritetidir.

 

Xatırladaq ki, AZAL-ın Təl-Əvivdəki "Ben Gurion” Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla "involuntary” proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.

 

Növbəti uçuşlar haqqında məlumat ictimaiyyətə KİV və aviaşirkətin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə əlavə olaraq təqdim ediləcəkdir.

 

Həmçinin əlavə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur.

Oxunub: 45



XƏBƏR LENTİ