Valyuta məzənnəsi

Elçin Cəfərovla işbirliyinə son qoydu

Tarix:1-03-2019, 12:50

Elçin Cəfərovla işbirliyinə son qoydu
Aparıcı və prodüser Kazım Sübhan müğənni Elçin Cəfərovla olan işbirliyinə son qoyub.

Obyektivxeber.info-ın əldə etdiyi məlumata görə, o, artıq başqa ifaçıyla çalışmağa başlayacaq. Sübhan bu barədə məlumatı saytımıza açıqlamasında təsdiqləyib:

"Artıq Elçin Cəfərovla çalışmıram. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm. İndi məni başqa insanlar maraqlandırır. Bundan sonra Rübail Əzimovla çalışmağa qərar verdim.

Mənim üçün çalışdığım insanın xarakteri çox önəmlidir".
Qeyd edək ki, Elçin və Kazım bir müddət öncə də işbirliyinə son qoymuş, sonra yenidən barışmışdılar.
Oxunub: 210



XƏBƏR LENTİ