Valyuta məzənnəsi

Xanəndələri biabır etdi: "Dəf vururlar, ritm bilmirlər"

Tarix:3-03-2019, 12:23

Xanəndələri biabır etdi: "Dəf vururlar, ritm bilmirlər"
"Muğam oxuyur, əlində dəf ritm axtarır, düşə bilmir. Özü də xalq artistidir. Qavala vurmaqla ritm bilirəm demək deyil. Öyrənmək istəyirsənsə, metronomu, saatı bilməlisən. Ritmin birinci, ikinci sürəti var. Xanəndələr bunu bilməlidir. Dəfi nətər gəldi vururlar. Onu gedib xaricdə vursalar, heç nə. Ya bir-birini tərifləyir, ya da dalaşırlar. Yığışdırın bunları".

Obyektivxeber.info-ın məlumatına görə, bu sözləri xalq artisti Natiq Şirinov "X maqazin"ə açıqlamasında deyib. Nağara ifaçısı sənət adamlarını tənqid edib. O bildirib ki, çoxları oxuya bilmir, pul üçün mikrofon tutur:

"Maşın göstərməklə gündəmə gəlirlər. 20 ildir deyirəm, düzəlmir. Oxumaq anqırmaqdırsa, eşşək hamınızdan yaxşı anqırır. Deyirlər, niyə səhnədə gülmürsüz? Mən canımla əlləşirəm, fikirləşirəm ki, xırdalıq edim. Hansısa xırdalığa gücüm çatmayanda əsəbləşirəm. Başqaları bunu bilmir axı, oxuyurlar, deyirlər, 5-3 manat qazanım. İndi təzə söz yayılıb, deyirlər, soyuducunu doldurmaq üçün oxuyuram. Allah onları bu dövlətdən tez silsin".
Oxunub: 310



XƏBƏR LENTİ