Valyuta məzənnəsi

Günayın "Min bir gecə"si: "Onu yaşatmaq üçün savaşırıq"

Tarix:1-04-2019, 14:15

Günayın "Min bir gecə"si: "Onu yaşatmaq üçün savaşırıq"Müğənni Günay İbrahimli repertuarına “Min bir gecə” adlı daha bir mahnı əlavə edib.

Obyektivxeber.info xəbər verir ki, bəstənin sözləri Həsən Babayev, musiqisi Fərid Kərimliyə məxsusdur. Günay bildirib ki, bu mahnısı da sevgidən bəhs edir:

“Bunu da digər mahnılarım kimi ürəkdən oxumuşam və aşiq olmuşam. Tam havanın mahnısıdır. Sevənlər, sevmək istəyənlər dinləsin, zövq alsın. Uğur qazanacağına inanıram. İnanın, elə bir dövrə gəlmişik ki, estradanı yaşatmaq üçün savaşırıq”.

Qeyd edək ki, bəstənin aranjimanı Elvin İmanova aiddir. Fotoların müəllifi Fərhad Əli, “cover” isə Ramil Quliyevdir.

Oxunub: 228



XƏBƏR LENTİ