Ötən gün yayımlanan “Azərbaycan Səsi” yarışmasında münsif olan xalq artisti Nazpəri Dostəliyevanın halı pisləşib.
Obyektivxeber.info xəbər verir ki, müğənni özünü yaxşı hiss etmədiyini deyərək, studiyanı tərk edib.
“Bütün münsiflərin iştirakçıları mənim balalarımdır. İnanın ki, otura bilmirəm. Qızdırma və öskürək mənə imkan vermir. Tamaşaçılardan üzr istəyirəm. Özümü yaxşı hiss etdirəm” deyə, Dostəliyeva bildirib.