Valyuta məzənnəsi

Efirdə azərbaycanlı prezidentliyə namizədin üstünə su tökdülər - VİDEO

Tarix:9-02-2019, 12:37

Efirdə azərbaycanlı prezidentliyə namizədin üstünə su tökdülər - VİDEO
Ukraynanın ZİC telekanalının canlı yayımında deputat Sergey Şaxov Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, prezidentliyə namizəd Roman Nəsirova su atıb.
Hadisə sosial ödənişlər və maaşlarla bağlı müzakirələrin aparıldığı verilişdə baş verib.

Obyektivxeber.info xəbər verir ki, Şaxov Nəsirova “Siz insanlara maaşlar, pensiyalar haqqında danışmısınız. Hansı hakimiyyətdə çalışmısınız?” deyə sual verib. Azərbaycanlı Nəsirov isə “yaxşı ki, soruşdunuz” deyə cavab verəndən sonra opponenti “Sizə sərinləmək lazımdır” deyərək masa üzərindəki su ilə dolu stəkanı götürüb və suyu Nəsirova tərəf atıb.

Nəticədə Nəsirovdan çox veriliş aparıcısı və digər iştirakçılar islanıb.
Oxunub: 238



XƏBƏR LENTİ