Valyuta məzənnəsi

Balotelli vurduğu qolu qeyri-adi şəkildə qeyd etdi - VİDEO

Tarix:4-03-2019, 14:07

Balotelli vurduğu qolu qeyri-adi şəkildə qeyd etdi - VİDEO
Qeyri-adi davranışları ilə seçilən tanınmış italiyalı hücumçu Mario Balotelli vurduğu qolu özünəməxsus şəkildə qeyd edib.

Obyektivxeber.info xəbər verir ki, ötən gün futbolçunun şərəfini qoruduğu “Marsel” klubu Fransa çempionatının 27-ci turunda öz meydanında “Sent-Etyen”i 2:0 hesabı ilə məğlub edib.Oyunda qələbə qollarını M.Balotelli və komanda yoldaşı Florian Toven vurub.

Oyunun 12-ci dəqiqəsində M.Balotelli akrobatik hərəkətlə (başı üzərindən) baxımlı qola imza atıb. Qol sevinci zamanı forvard fotoqraflardan birinə yaxınlaşaraq ondan telefonu alıb və komanda yoldaşları ilə birlikdə selfi çəkdirib.

Oxunub: 203



XƏBƏR LENTİ