"Vorskla" və Poltava ilə fəxr edirəm. Biz təkcə Avropa Liqasının qrup mərhələsində ilk xallarımızı deyil, həm də əmsallar cədvəlində Ukrayna üçün ballar qazandıq".
"Report" xəbər verir ki, bunu Ukrayna "Vorskla"sının fəxri prezidenti Konstantin Jevaqo Bakıda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin III tur matçı barədə danışarkən deyib.
O bildirib ki, oyunun ardından paltardəyişmə otağında komandanı vacib qələbə münasibətilə təbrik edib. Komandanın qrupdakı perspektivinə gəldikdə, Jevaqo hamının buna ümid etməli olduğunu vurğulayıb: "Avroliqanın növbəti mərhələsinə vəsiqə uğrunda mübarizə aparmaq niyyətindəyik".
Qeyd edək ki, "Vorskla" "Qarabağ"ı Vladislav Kulaçın 48-ci dəqiqədə vurduğu qolla məğlub edib.