Heydər Əliyev Mərkəzinin qarşısında Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gənclərinin iştirakı ilə “On milyon” adlı fləşmob keçirilib.
Obyektivxeber.info “qafqazinfo”ya istinadən xəbər verir ki, 200-dən artıq rayon gəncinin iştirak etdiyi fləşmob Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə təşkil olunub.
Fləşmob gənclərin, Mərkəz ətrafında istirahət edən sakinlərin, turistlərin böyük marağına səbəb olub.