Valyuta məzənnəsi

İsmayıllıda “Vətən mənə oğul desə...” mövzusunda inşa-yazı müsabiqəsində 58 şagird iştirak edib

Tarix:3-04-2019, 10:51

İsmayıllıda “Vətən mənə oğul desə...” mövzusunda inşa-yazı müsabiqəsində 58 şagird iştirak edibİsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Vətən mənə oğul desə...” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin qatıldıqları müsabiqənin məqsədi Milli qəhrəmanlarımızın və Vətən uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılmasıdır.

Tədbirdə əvvəlcə Azərbaycanımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman idarəsinin rəis müavini Rauf Rəcəbov tədbirdə çıxış edərək deyib ki, Aprel döyüşlərində İsmayıllı gəncləri də igidlikləri və rəşadətləri ilə fərqləniblər. Onlardan Mikayıl Vahabzadə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə Aprel döyüşlərində qələbə qazandı, düşmənə layiqli dərs verdi. Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.

Digər çıxışlarda da belə müsabiqələrin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfə verdiyi vurğulanıb.

Müsabiqədə bir saat ərzində gənclər fikir və hisslərini bədii şəkildə ifadə ediblər. İyirmi beş məktəbdən 58 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələri yoxlama komissiyasının rəyindən sonra müəyyənləşəcək.

Oxunub: 326



XƏBƏR LENTİ