Valyuta məzənnəsi

Rusiyada `qanuni oğru`lar yeni liderlərini seçiblər

Tarix:21-08-2018, 09:33

Rusiyada `qanuni oğru`lar yeni liderlərini seçiblər



Rusiyanın paytaxtı Moskvada Lujniki ərazisində elit restoranların biri "qanuni oğru"ların ən böyük toplantılarından birinə şahidlik edib. FaktXəbər bildirir ki, bu barədə "Rosbalt" agentliyi məlumat yayıb.

Nüfuzlu avtoritetlər uzun müddətli həbs cəzası alan "Şakro Maladoy" ləqəbi ilə tanınan Zaxariy Kalaşovun yerinə yeni lideri müəyyənləşdiriblər. Toplantıda "Şişkan" ləqəbli Oleq Şişkanov yekdilliklə "qanuni oğru"ların yeni rəhbəri seçilib.

Məlumata görə, topantıda iştirak edənlər arasında Vasili Xristoforov (Vasya Voskres), Dmitri Çanturiya (Miron), Oleq Şişkanov (Şişkan), Mixail Voevodin (Mişa Lujnetskiy), Aleksey Petrov (Petrik), Sergey Aksenov (Aksen), Badri Koquaşvili (Badri Kutaiskiy), Elquca Turkadze (Qudca Kutaisskiy), Merab Qoqiya (Melia) və Kaxaber Parpaliya (Kaxa) adlı "qanuni oğru"lar olub.

Oxunub: 390



XƏBƏR LENTİ