Valyuta məzənnəsi

Ağcabədidə silsilə oğurluq edən yeniyetmə yaxalanıb

Tarix:5-03-2019, 13:09

Ağcabədidə silsilə oğurluq edən yeniyetmə yaxalanıb
Ağcabədi rayon sakinlərinin bir qrupu sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus mağazalardan cari ilin fevral və mart aylarında oğurluq olduğu barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini olan yeniyetmə saxlanılıb. Araşdırmalarla onun ayrı-ayrı vaxtlarda silsilə oğurluq etməklə vətəndaşlara 4 min manata yaxın maddi ziyan vurduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Oxunub: 232



XƏBƏR LENTİ