Valyuta məzənnəsi

Stavropolda Azərbaycandan gələn mikroavtobus qəzaya uğrayıb, ölənlər var

Tarix:6-03-2019, 12:41

Stavropolda Azərbaycandan gələn mikroavtobus qəzaya uğrayıb, ölənlər var
Rusiyanın Stavropol şəhərində Azərbaycandan hərəkət edən mikroavtobus qəzaya uğrayıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsinin nümayəndəsi məlumat verib.

Məlumatına görə, Azərbaycandan Moskvaya sərnişin daşıyan “Mercedes” markalı mikroavtobus qarşı yola çıxan “ZİL” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti ağırdır.
Oxunub: 289



XƏBƏR LENTİ