Valyuta məzənnəsi

Mikroavtobus dəhşətli qəzaya düşdü - 6 Azərbaycan vətəndaşı öldü (VİDEO)

Tarix:6-03-2019, 12:47

Mikroavtobus dəhşətli qəzaya düşdü - 6 Azərbaycan vətəndaşı öldü (VİDEO)
Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb.

Obyektivxeber.info "Report"a istinadən xəbər verir ki, yaralılar Nevinnomısk xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Ölən və yaralıların hamısının Ağcabədi rayonundan olduğu bildirilir.

Bundan əlavə, qəzada ölən azərbaycanlıların kimliyi də açıqlanıb. Bunlar 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev,1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinovdur.

Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev "Report"un yerli bürosuna açıqlamasında qəzada ölənlərinin meyitlərinin hazırda morqda olduğunu və müəyyən prosedurlardan sonra Azərbaycana göndəriləcəyini bildirib.

10:11

Rusiyanın Stavropol şəhərində Azərbaycandan hərəkət edən mikroavtobus qəzaya uğrayıb.

Obyektivxeber.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycandan Moskvaya sərnişin daşıyan “Mercedes” markalı mikroavtobus qarşı yola çıxan “ZİL” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti ağırdır.
Oxunub: 248



XƏBƏR LENTİ