Masazır qəsəbə sakini Faiq Həsənov aprelin 6-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçərkən naməlum avtomobillə vurulub. F.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsinin sürücüsü, Xırdalan şəhər sakini M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.