Valyuta məzənnəsi

Ümumdünya Qalxanabənzər Vəzi Gününə həsr olunan konfrans keçirilir

Tarix:13-04-2019, 12:58

Ümumdünya Qalxanabənzər Vəzi Gününə həsr olunan konfrans keçirilirAprelin 13-də Azərbaycan Respublikası “Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası” və “Avropa Tireodologiya Assosiasıyası”nın birgə təşkilatçılığı ilə Ümumdünya Qalxanabənzər Vəzi Gününə həsr olunan konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri, professor Valeh Mirzəzadə konfransın üçüncü dəfə keçirildiyini bildirib. O, konfransda yerli həkimlərlə yanaşı, beynəlxalq mütəxəssislərin iştirak etdiyini və aparılacaq müzakirələrin qalxanabənzər vəzi xəstəliklərinin müalicəsinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyini qeyd edib.

Tədbir müxtəlif mövzularda məruzələrlə davam etdirilib və müzakirələr aparılıb.

Oxunub: 218



XƏBƏR LENTİ