Valyuta məzənnəsi

Prezident daha bir aktyora ev bağışladı

Tarix:18-03-2019, 15:32

Prezident daha bir aktyora ev bağışladı
Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Sabir Məmmədova mənzil hədiyyə edib.

Obyektivxeber.info xəbər verir ki, bu barədə Obyektivxeber.info-a aktyorun özü məlumat verib:

“Cənab prezidentə təşəkkür edirəm. Bu, sənətimə verilən böyük qiymətdir”.

Qeyd edək ki, Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.
Aktyor 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilib. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir.
Oxunub: 266



XƏBƏR LENTİ