Valyuta məzənnəsi

Yanğında xəsarət alanlar Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində müalicə olunurlar

Tarix:6-03-2019, 12:40

Yanğında xəsarət alanlar Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində müalicə olunurlar
Martın 5-də gecə Bakının Nərimanov rayonunda yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan yataqxanada baş verən yanğın nəticəsində 22 nəfər tibb müəssisələrinə müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciət edənlərdən 8 nəfərə yerində yardım edilib. 14 nəfər Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Onlardan 5 nəfərin vəziyyəti orta ağır qiymətləndirilərək xəstəxanada saxlanılıb, qalan xəstələr isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hadisə zamanı 2 nəfərin həyatını xilas etmək mumlun olmayıb.
Oxunub: 282



XƏBƏR LENTİ