Valyuta məzənnəsi

Daxili gözəlliyi, insanlığıdır onu daim gözəl, şux, cavan saxlayan və ya 5 gün gecikən yazı…-KAMİL HƏMZƏOĞLU YAZIR

Tarix:9-07-2021, 09:52


Daxili gözəlliyi, insanlığıdır onu daim gözəl, şux, cavan saxlayan və ya 5 gün gecikən yazı…-KAMİL HƏMZƏOĞLU YAZIR

Etikxeber.az saytının baş redaktoru Kamil HƏMZƏOĞLU (HƏMİDOV) yazır:

Tanıyanlar, xarakterimə az-çox bələd olanlar yaxşı bilirlər ki, mən sevdiyim, xətrini istədiyim, az-çox ünsiyyətdə olduğum insanlara qarşı heç zaman diqqətsiz, laqeyd, biganə deyiləm və olmamışam…

Xüsusilə, onlar üçün çox əziz, çox doğma, çox əlamətdar, çox sevincli günlərdə, anlarda, məqamlarda…

Və heç nə, heç bir şərt-filan…mənim həmin insanlara, insanlığa münasibətimi dəyişməyib və dəyişə də bilməz…


Amma bu dəfə çox təəssüflər olsun ki, bir qədər diqqətsizliyə yol vemişəm və bunu da çətin ki, özümə bağışlayım…

Belə ki, düz 5 gün öncə xətri mənim üçün daim və çox əziz olan, şəxsyyətinə, insanlığına hər zaman dərin hörmət və ehtiram göstərdiyim Rəbiyyət xanım Aslanovanın növbəti doğum günü-yubileyi olub…

Neçə yaşının tam olduğunu yazmayacağam, etik də deyil…

Amma bir onu bilirəm ki, Rəbiyyət xanım hər yaşında, hər yubileyində hər zaman, hər daim gözəl, ecazkar, ruhən, mənən cavandır…

Daxili gözəlliyi, insanlığı, insapərvərliyidir onu daim gözəl, şux, cavan edən, saxlayan…

…Rəbiyyət xanım haqqında ötən illər ərzində az yazmamışam, ona görə indi təfsilatlara çox da geniş varmayacağam…

Daxili gözəlliyi, insanlığıdır onu daim gözəl, şux, cavan saxlayan və ya 5 gün gecikən yazı…-KAMİL HƏMZƏOĞLU YAZIR

Daxili gözəlliyi, insanlığıdır onu daim gözəl, şux, cavan saxlayan və ya 5 gün gecikən yazı…-KAMİL HƏMZƏOĞLU YAZIR

Onun haqqında ötən əsrin 90-cı illərdən eşitsəm də, ilk qiyabi tanışlığımız, telefon söhbətimiz düz 21 il öncəyə, 2000-ci ilin parlament seçkiləri dövrünə təsadüf edir…

Və bundan sonra təbii ki, peşə fəaliyyətim, parlament jurnalistliyimlə bağlı Rəbiyyət xanımla daha tez-tez, sıx-sıx təmaslarım yaranmağa başladı…

Və 2003-2004-cü illərdən Rəbiyyət xanımla aramızda yaranan dostluq münasibətləri tezliklə ana-bala, ana-övlad münasibətlərinə qədər yüksəldi… Və bu münasibətlər bugünəcən də davam etməkdədir…

Rəbiyyət xanıma olan ehtiramım, hörmətim, sevgim ötən illər ərzində nəinki azaldı, əksinə, daha da artdı…

Zaman-zaman üzləşdiyi haqsızlıqlar qarşısında onun necə Dik, Mərd-Mərdanə dayandığını, Əyilmədiyini, Sınmadığını, Əqidəsinə, Yoluna sadiq qaldığını gördüm və gördükcə də, ona hörmətim, ehtiramım daha da artıdı, gözümdə daha da Ucaldı!


Bəli, Rəbiyyət xanım bu gün aktiv siyasətdə olmasa da, bir qədər kənarda dayansa da, daha çox elmi yaradıcılıqla məşğul olsa da, o, müasir Azərbaycan siyasətinin tanınmış, tam səmimiyyətimlə deyirəm, parlaq nümayəndələrindəndir…

Həm də Azərbaycan ziyalılığının, Azərbaycan elminin parlaq simalarındandır…

Rəbiyyət xanım eyni zamanda, yeri görünənlərdəndir, daim hörmət və ehtiramla xatırlananlardandır…

Bunu hər daim hiss etmişəm, görmüşəm, buna hər zaman şahid olmuşam…

Rəbiyyət xanım haqqında söz düşəndə hər kəs onun barəsində yalnız müsbət, xoş sözlər söyləyir, parlamentdə, siyasətdə yeri göründüyünü bildirir…

Bəli, hər kəsin öz seçimi var: Rəbiyyət xanım da 5 il öncə öz seçimini edərək, siyasi fəaliyyətdən bir qədər kənarda dayanmağa, daha çox elmi fəaliyyətlə məşğul olmağa qərar verdi və hər kəs kimi onun da qərarı, seçimi təqdir olunmalıdır, kimsə də buna müdaxilə edə bilməz…

Bununla belə, qeyd etdiyim kimi, Rəbiyyət xanım bu gün də yeri görünənlərdəndir…Və bu, Onun üstünlüyü, Ucalığıdır!

…Gec də olsa, bu əlamətdar doğum, yubiley ad günü ilə bağlı Rəbiyyət xanımı ürəkdən, səmimi qəlbdən öz adımdan və ailəm adından təbrik edir, ona bundan sonra da huzurlu, sağlıqlı uzun ömürlər, gözəl illər, bol nailiyyətlər arzulayıram.

Rəbiyyət xanım bütün gözəlliklərə layiqdir, bütün gözəllikləri, gözəl sözləri Haqq edir və bütün gözəlliklər də Onun olsun!

Yaxşı ki, varsınız, yaxşı ki, Sizi tanıdım və kəşf etdim!

Ad gününüz, yubiley doğum gününüz mübarək olsun, əziz və doğma Rəbiyyət xanım, Rəbiyyət ana!


Daxili gözəlliyi, insanlığıdır onu daim gözəl, şux, cavan saxlayan və ya 5 gün gecikən yazı…-KAMİL HƏMZƏOĞLU YAZIR

YeniAN.az

Oxunub: 163



XƏBƏR LENTİ