Çexiyada sentyabr ayında baş verən daşqınların vurduğu ziyan dövlət şirkətləri və
müəssisələri üçün 25-30 milyard kron (1-1,2 milyard avro) təşkil edə bilər.
YeniAN.az "CTK” agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın
maliyyə naziri Zbınek Stanyura bildirib.
Daşqınlardan dəymiş zərərin dəqiq məbləği dekabrın 5-nə qədər
Çexiya hakimiyyəti tərəfindən müəyyən ediləcək.