ABŞ Dövlət Departamenti ölkələr üzrə insan hüquqlarına dair illik hesabatını dərc edib.
Obyektivxeber.info Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, illik hesabatda Ermənistanda qadınlara və uşaqlara qarşı zorakılığın geniş yayıldığı qeyd olunur.
Bildirilir ki, məişət zorakılığı hallarına zorakılığa dair ümumi nizamnamələr çərçivəsində baxılsa da, məsul orqanlar məişət zorakılığı ilə bağlı ittihamlar üzrə effektiv araşdırma və cinayət işi aparmırlar: “Polis əməkdaşları, xüsusilə də İrəvan xaricində, belə hallarla bağlı tədbir görmək niyyəti göstərmir və qadınları şikayət verməkdən çəkindirirlər”.
ABŞ Dövlət Departamentinin hesabatına görə, cinsi zorakılıq da daxil olmaqla, zorakılıq qurbanı olan uşaqlar üçün rəsmi göndəriş prosedurları mövcud olmayıb və İrəvanda uşaqlarla işləyən mütəxəssislər üçün bu göndəriş formaları məcburi hesab edilməyib: “Özəl fərdlər və qruplar ölkədə bir çox media qurumları, qəzetlər və kütləvi informasiya vasitələrinin sahibidir və bu da onların öz sahiblərinin siyasi meyllərinə və maliyyə maraqlarına xidmət etməsində əks olunur”.
Hesabatda həmçinin Ermənistan ordusunda sülh şəraitində baş vermiş ölüm hallarının mövcudluğu geniş işıqlandırılıb, rəsmi və qeyri-rəsmi mənbələrin rəqəmləri arasında təzadların olması xüsusi vurğulanıb. Qeyd olunub ki, qeyri-hökumət təşkilatları Ermənistan Silahlı Qüvvələrində sülh şəraitində 24 ölüm halının baş verdiyini qeydə alıbsa, bu rəqəmin Ermənistan Müdafiə Nazirliyi tərəfindən açıqlanan rəsmi mənbədə 31 olduğu üzə çıxıb.
Oxunub: 288