Valyuta məzənnəsi

İranda sərnişin təyyarəsi belə yandı - VİDEO (YENİ-2)

Tarix:20-03-2019, 16:15

İranda sərnişin təyyarəsi belə yandı - VİDEO (YENİ-2)
İranda 50 nəfəri daşıyan sərnişin təyyarəsində yanğın olub
Hadisə Tehranın beynəlxalq Mehrabad hava limanında baş verib. Hazırda təyyarənin göyərtəsində 50 nəfərin olduğu deyilir.

Obyektivxeber.info-un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, təxminən 50-dək sərnişin isə təyyarəni tərk edə bilib.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. İnsident barədə hələlik başqa məlumat verilmir.

***

Çərşənbə axşamı Tehranın Mehrabad beynəlxalq hava limanında sərnişin təyyarəsində baş vermiş yanğın söndürülüb, 100-ə yaxın sərnişin uğurla təxliyyə olunub.

Obyektivxeber.info NTV-yə istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin mühərriklərindən biri yanıb.
Oxunub: 223



XƏBƏR LENTİ