zim kəşfiyyat orqanlarımızla ABŞ-ın kəşfiyyat bölmələri birlikdə çalışdı
Bağdadinin öldürülməsi ilə bağlı Türkiyə ABŞ-a dəstək verdi. ABŞ helikopterləri bizim nəzarətimizdəki Afrin və Cerablus hava sahəsini istifadə edərək getdi.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Kəşfiyyat dəstəyi verdik. Bizim kəşfiyyat orqanlarımızla ABŞ-ın kəşfiyyat bölmələri birlikdə çalışdı. Hava sahəsini istifadə edəcəklərini bildirdilər. Bağdadiyə qarşı əməliyyat keçiriləcəyini bilirdik. Biz də Cerablus və Afrindəki birləşmələrimizə xəbərdarlıq etdik”, - Ərdoğan bildirib. (Axar.az)