Valyuta məzənnəsi

İbrahim Qalın: “Türk millətini qondarma “soyqırımı”nda günahlandıranlar əvvəlcə qaranlıq keçmişlərinə baxsınlar”

Tarix:24-04-2020, 16:15

İbrahim Qalın: “Türk millətini qondarma “soyqırımı”nda günahlandıranlar əvvəlcə qaranlıq keçmişlərinə baxsınlar”


“Soyqırımı yalanıyla və siyasi mənfəət məqsədi güdməklə Türkiyəyə zərər verəcəyini düşünənlər yenə də yanılacaqlar. Türkiyə Cümhuriyyəti tarixi həqiqətləri təhrif etməklə yeni düşmənlk toxumu səpənlərə əsla izn verməyəcək”

YeniAN.info Türkiyənin haberturk.com saytına istinadla verdiyi xəbərə görə, Türkiyə Prezident Adminstrasiyasının mətbuat üzrə müşaviri İbrahim Qalın 24 aprel 1915-ci il hadisələri zamanı Türkiyənin haqsız yerə qondarma “erməni soyqırımı”nda ittihamına edilməsinə mövqe bildirdiyi açıqlamasında belə deyib. İ.Qalın qeyd edib ki, Birinci Dünya Müharibəsinin dağıdıcı və travmalı şəraitində qəbul edilmiş 24 aprel 1915-ci il tarixli deportasiya qərarı “millətə sədaqət”li ermənilərin yox edilməsi məqsədini daşımayıb: “Bu “soyqırımı”n lobbiçiləri və Türkiyənin əleyhdarı olan siyasi dairələr istismar, yalan və iftira kampanyaları yaymaqdadırlar”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrini araşdırmaq üçün ortaq tarix komissiyası qurmaq çağırışına cavab verməkdən qaçanlara diqqət çəkən İbrahın Qalın 2009-cu ildə imzalanmış, lakin həyata keçirlməsinə əngəl yaradılan sənədlərdən bəhs edib: “2009-cu ildə qəbul edilən protokollar Qarabağ probleminin həlli, siyasi, iqtisadi vəziyyətin normallaşması, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün tarixi addım idi. Bu tarixi addım soyqırımı lobbiçiləri və Ermənistan tərəfindən cavabsız qaldı.
Bundan başqa Prezidentimizin 23 aprel 2014-cü ildə yayımladığı “1915 mesajı” Osmanlı və Anadolu insanlarının ortaq çəkdiyi əzab-əziyyətlərin araşdırılması və bu yaralara məlhəm olunması məqsədi daşıyırdı. Təəssüf ki, bu sülhməramlı addım da istismarcı lobbiçilər tərəfindən nəzərə alınmadı. Odur ki, Türk millətini etmədiyi bir cinayətə görə mühakimə etməyə çalışan və yanlış qərarlar verən ölkələr öncə qaranlıq tarixlərinə baxsınlar".


YeniAN.info
Oxunub: 284



XƏBƏR LENTİ