Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 28 nəfər ölüb.
YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 25382 şübhəli koronavirus testindən keçib, onlardan 1022-nin cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4199 nəfər ölüb, 1515615 nəfər bu infeksiyaya yoluxub, 112895 nəfəri isə müalicə olunub.
Bu gün 1318 xəstə evə buraxılıb.
YeniAN.info