Valyuta məzənnəsi

Paşinyana qarşı genişmiqyaslı aksiyalar: İrəvanın mərkəzində çadır qurulur - VİDEO

Tarix:22-12-2020, 21:21

Paşinyana qarşı genişmiqyaslı aksiyalar: İrəvanın mərkəzində çadır qurulur - VİDEO


Müxalifət İrəvanın Respublika Meydanında gecələməyə hazırlaşır.

YeniAN.info Publika.az-a istinadən xəbər verir ki, onlar iqtidarda olan "Mənim addımım" fraksiyasına saat 18:00-a qədər vaxt tanıyıb.

"Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan müxalifətin mitinqi zamanı bildirib ki, havanın soyuq olmasına rəğmən, mitinqi davam etdirməkdə qətiyyətlidirlər: "Geri dönüş yoxdur. "Mənim addımım" fraksiyasına saat 18:00-a qədər vaxt veririk ki, heyət qursunlar və Vətənin Qurtuluş Hərəkatının rəhbərliyi ilə ölkədəki vəziyyəti müzakirə etsinlər".

Onun sözlərinə görə, parlament idarəetmə forması şəraitində Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa etməsi məsələsinə ölkə parlamenti qərar verməlidir. Saqatelyan müxalifətin "Mənim addımım" blokundan reaksiya gözlədiyini qeyd edib.



****

16:21

Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Xarici İşlər Nazirliyinin binasının yanından keçərək Ədliyyə Nazirliyinin binasına yaxınlaşıb.

Publika.az xəbər verir ki, binanın girişi polis tərəfindən mühasirəyə alınıb.

Daha sonra mitinq Baş Prokurorluğun binası qarşısına köçürülüb.

Etirazçılar Qarabağdakı məğlubiyyətə görə Paşinyanın istefasını tələb edirlər.



15:12

Ermənistanın baş naziri vəzifəsinə müxalifətin namizədi, müstəqil Ermənistanın ilk hökumət başçısı Vazgen Manukyan ordu və polisi müxalifət hərəkatına qoşulmağa və baş nazir Nikol Paşinyanın istefasına nail olmaq üçün birgə səylərə çağırıb.

Publika.az xəbər verir ki, o, bu barədə hazırda Respublika Meydanında davam edən mitinqdə danışıb.

Manukyan Ermənistanın əslində müharibə vəziyyətində olduğunu və müharibə qanunlarına görə cəmiyyətin bütün təbəqələrinin birləşməli olduğunu söyləyib: "İndiyə qədər insanlardan, dövlətdən utandım, bu şəxsi hələ də atmadığımızdan utandım (N.Paşinyanı nəzərdə tutur - red.). Bu dövlətin qurucularından biri idim və bu biabırçılığa görə şəxsən məsuliyyət daşıdığımı hiss etdim. Ancaq bu gün gözlərinizə baxıram və qürur duyuram. Burada gələcəyə qürurla baxan insanları görürəm. İndi baş verənlər böyük bir faciədir. Ancaq xalq keçmişdəki səhvləri düzəldə bilər".

YeniAN.info

Oxunub: 219



XƏBƏR LENTİ