Yaponiyada Böyük Britaniya və Cənubi Afrika Respublikasında yayılan yeni koronavirusun daha təhlükəli mutasiya etmiş variantı aşkar edilib.
APA-nın xəbərinə istinadən YeniAN.info xəbər verir ki, bu barədə ölkənin Milli Yoluxucu Xəstəliklər İnstitutunun mütəxəssisləri bildirib.
İnstitutun rəhbəri Takaji Vakitu qeyd edib ki, koronavirusun mutasiya etmiş yeni varinatı yanvarın 2-də Braziliyadan ölkəyə gələn 4 nəfərdə aşkar edilib.
“Yeni mutasiya Britaniya və CAR-da yayılan variantla oxşar olsa da daha yüksək yoluxucu olduğu üçün narahatlıq doğurur”, deyə Vakitu əlavə edib.
YeniAN.info