Böyük Britaniyanın paytaxtı Londonda koronavirusun daha sürətlə yayılan növü aşkar edilib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə YeniAN.info bildirir ki, bunu ölkənin baş həkimi Kris Yutti və hökumətin Tibbi məsələlər üzrə baş məsləhətçisi Patrik Vellans şənbə günü keçirilən mətbuat konfransında bildiriliblər.
Qeyd edilib ki, koronavirusun yeni variantı inanılmaz dərəcədə sürətlə yayılır.
Bu səbəbdən Baş nazir Boris Conson bazar günündən etibarən Londonda və ölkənin cənub-şərqində yeni - maksimum, dördüncü səviyyədə məhdudiyyətlərin tətbiq edilməsinə göstəriş verib.
Virusun bu bölgələrdən kənarda yayılmasının böyük risk olduğu vurğulanıb.
Bu baxımdan Britaniya hökuməti məhdudiyyətlərin daha yumşaq tətbiq olunduğu bölgələrin sakinlərinin dördüncü səviyyəli bölgələrə girməsini qadağan edib, eyni zamanda əksinə, dördüncü səviyyəli bölgələrin sakinlərinin yaşadıqları ərazini tərk etməsi qadağan olunub.
Virusun yeni variantının, ilkin təxminlərə görə, əvvəlki ilə müqayisədə 70 faiz daha çox yoluxucu olduğu deyilsə də, öldürücü təsiri barədə heç bir fikir irəli sürülməyib.
YeniAN.info