Valyuta məzənnəsi

Yarasalarda 1500 yeni koronavirus növü aşkarlanıb

Tarix:20-05-2020, 14:06

Yarasalarda 1500 yeni koronavirus növü aşkarlanıb

Vuhanda Virusologiya İnstitutunda yarasalarda gələcəkdə pandemiyaya yol aça biləcək 1500 yeni koronavirus növü aşkarlanıb.

YeniAN.Info-nun Türkiyənin “Hürriyet” qəzetinə istinadla verdiyi xəbərə görə, bu barədə “The Big Picture Science” proqramında məlumat verilib.
Bildirilib ki, yarasalardan toplanan 15 min nümunə analiz edilib, 10 faizində koronavirusun yeni təhlükəli növləri öyrənilib.
Labaratoriya analizlərindən bu nəticəyə gəlinib ki, bu viruslardan bəziləri insana yoluxmasa da, bəziləri yoluxa bilər və hazırda bu tədqiqatlar davam edir.
Alimlər yarasa yuvaları olan mağaralara yaxın kənd sakinlərinin qanlarından nümunələr götürüblər. Analizlərdən məlum olub ki, yeni növ koronavirusun mənbəyi Vuhan sakinlərindən öncə bu kənd sakinlərində aşkarlanıb. Lakin onların qanlarında koronavirusa youxub, sağaldıqdan sonra yaranan antikor deyilən qoruyucu maddəyə də rast gəlinib.
Alimlər qanlarında minlərlə təhlükəli virüs daşıyan kəndliləri isə “saatlı bomba” adlandırıblar.

Qeyd edək ki, indiyədək elmə koronavirusların SARS (2003), MERS-CoV (2012–2015) və COVID-19 olmaqla 3 növünün pandemiyayaya səbəb olduğu məlumdur.

Yarasalarda 1500 yeni koronavirus növü aşkarlanıb
Yarasalarda 1500 yeni koronavirus növü aşkarlanıb

YeniAN.Info

Oxunub: 257



XƏBƏR LENTİ