Almaniya polisi Berlində COVID-dissidentlərin razılaşdırılmamış aksiyaları zamanı 500-dən çox etirazçını saxlayıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə polis nümayəndəsi bildirib.
Almaniya Federativ Respublikasının paytaxtında “Querdenken” hərəkatının COVID-dissidentlərinin etiraz aksiyaları keçirilib. İnfeksiya təhlükəsizliyi normalarının pozula biləcəyi ehtimalı ilə əlaqədar aksiyaların əksəriyyəti şəhər rəhbərliyi tərəfindən təsdiqlənməyib.
“Ümumilikdə 500-dən çox adam saxlanılıb, ancaq görünür ki, ümumi nəticədə saxlanılan daha çox olacaq. Etiraz aksiyalarında polis əməliyyatı hələ başa çatmayıb”, - deyə mənbə qeyd edib.
Ümumilikdə polisin hesablamalarına görə, aksiyalarda təxminən 4-5 minə yaxın etirazçı iştirak edib. Onlar şəhərlərin müxtəlif yerlərində toplaşıblar, Rayxsştrasse küçəsində hərəkəti dayandırmağa çalışıblar, bu isə qarşıdurmalara və həbslərə səbəb olub.
YeniAN.az