Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi yanvar ayında başlayan iğtişaşların gedişində 164 nəfərin həlak olması barədə “Xabar-24” telekanalının yaydığı məlumatı təkzib edib.
YeniAN.az bildirir ki, AZƏRTAC bu barədə Qazaxıstan KİV-lərinə istinadla xəbər verir.
“Texniki səhv baş verib. Həlak olanlar barədə verilən həmin məlumat həqiqəti əks etdirmir”, - deyə nazirliyin mətbuat xidməti bildirib.
Qurumun açıqlamasında, həmçinin ölənlərin ümumi sayı barədə hələlik məlumatın olmadığı vurğulanıb.
Qeyd edək ki, iğtişaşlar zamanı həlak olanların sayı barədə məlumat yanvarın 9-da Qazaxıstanın “Xabar-24” dövlət telekanalında və operativ qərargahın “Telegram” səhifəsində yayımlanmışdı.
YeniAN.az