Valyuta məzənnəsi

Çerniqovda ölənlərin sayı artır

Tarix:4-03-2022, 21:35

Çerniqovda ölənlərin sayı artır

Rusiyanın Ukraynaya hücumları davam etdikcə mülki əhalinin itkiləri artır. Rusiya ordusunun Çerniqovda endirdiyi hava zərbələri nəticəsində həyatını itirənlərin sayı 47-yə yüksəlib.

YeniAN.az CNN Türk-ə istinadən bildirir ki, binalar dağıdılıb, onlarla günahsız insan həyatını itirib. Rusiyanın Ukraynaya hücumunda dinc sakinlər hədəf olmaqda davam edir.

Rusiya raketləri paytaxt Kiyevin şimal-şərqindəki Çerniqovu hədəfə alıb və raket yaşayış binasına düşüb. Hücumdan sonra həyatını itirənlərin sayı artmaqdadır.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti ölənlərin sayının 47-yə yüksəldiyini bildirib. Ölənlərdən 38-i kişi, 9-u qadındır. Yaralı olaraq xilas edilən 18 nəfərin müalicəsi davam edir.

Şəhər sakinləri Rusiyanın yaşayış məntəqələrini hədəf almasına çox qəzəblidirlər.

Rusiyanın atdığı bombalardan zərər çəkən bölgədə mənzillər, apteklər və ürək xəstəxanası var idi.

YeniAN.az

Oxunub: 127



XƏBƏR LENTİ