Valyuta məzənnəsi

Polşa “MiQ-29”larını Ukraynaya verməyə hazırdır

Tarix:9-03-2023, 13:03

Polşa Ukraynanı öz arsenalında olan "MiQ-29” qırıcıları ilə təchiz etməyə hazırdır.

YeniAN.az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Polşa Prezidenti Andjey Duda deyib.

"Biz Hərbi Hava Qüvvələrimizdə xidmətdə olan "MiQ-29” təyyarələrini verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək. Çünki hazırda Ukraynada bunları idarə edə biləcək pilotlar var”, - Duda bildirib.

Duda əmindir ki, gələcəkdə Ukrayna "F-16”-ları da tədarük etməli olacaq. "İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə "F-16”-dan istifadə edəcək. Ona görə də pilot hazırlığı indi çox vacibdir", - o əlavə edib.MiQ-29″ları Ukraynaya təhvil verməyə hazırıq” - Polşa prezidenti | KONKRETPolşa

Oxunub: 11



XƏBƏR LENTİ