Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası keçiriləcək.
YeniAN.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Aprelin 21-də Almaniyanın Ramştayn Hava Bazasında keçiriləcək iclasda NATO-nun Baş katibi Yens Stoltenberq də iştirak edəcək.
İclasa ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli sədrlik edəcəklər. Tədbirdə Ukraynada davam edən müharibə və bununla əlaqadar olaraq NATO müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi təhlükəsizlik məsələləri müzakirə olunacaq.