Valyuta məzənnəsi

Rusiya Prezidenti: “Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq”

Tarix:27-04-2023, 18:32

Putin Mariupolla bağlı göstərişlər verəcək - 7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

"Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq”.

YeniAN.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Akkuyu Atom Elektrik Stansiyasının (AES) açılış mərasimində videokonfrans vasitəsilə çıxşında deyib.

O bildirib ki, Rusiya Türkiyəyə tibbi yardım və xilasetmə qrupu göndərən ilk ölkələrdəndir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Zəlzələ nəticəsində 50 500 nəfər ölüb.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Oxunub: 92



XƏBƏR LENTİ