Valyuta məzənnəsi

Maliyyə idarəsinin müdiri idarə müdirlərinə “racon” kəsir

Tarix:1-10-2018, 16:25

Maliyyə idarəsinin müdiri idarə müdirlərinə “racon” kəsir

Beyləqan Maliyyə şöbəsinin müdiri İslam Allahverdiyevin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevlə əlbir şəkildə regionun büdcə təşkilatlarına “aylıq” qoyduğu iddia olunur...Maliyyə idarəsinin müdiri idarə müdirlərinə “racon” kəsir - Beyləqanda və Aran Qarabağda


Beyləqandan saytımıza daxil olan məlumata görə maliyyə idarəsinin müdiri İslam Allahverdiyev rayon su idarələrinin canını boğazına yığıb. Belə ki, hər ay su idarələrindən 500 manat haqq alan İslam Allahverdiyev ötən aydan bu rəqəmi qaldırıb 700 manata və bu da idarə rəhbərləri ilə rayon maliyyə şöbəsinin müdiri arasında gərginliyə, hətta qalmaqala səbəb olub .

Rubrika.Az saytına Beyləqabdadan daxil olan məlumta görə İslam Allahverdiyevin bu istəyini qəbul etməyən su idarə müdirləri İslam Allahverdiyevin özbaşınalıqları ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə şikayət ediblər. Əldə etdiyimiz məlumata görə Əhməd Əhmədzadə də öz növbəsində Maliyyə Nazirliyinə müraciət edərək İslam Allahverdiyevin fəaliyyətini müəyyən cizgilər içində saxlamağı xahiş edib...

Beyləqandan əldə etdiyimiz digər məlumata görə isə İslam Allahverdiyev 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevlə əlbir şəkildə çalışır və bu ikili bir çox təşkilatlara qarşı əsassız yoxlamalar apararaq onlardan “aylıq” tələb edirlər. Və onların bu “əməliyyatları” təkcə Beyləqan rayonu ilə əhatələnmir. Məlumata görə 10 saylı Regional Maliyyə Mfəttişliyinin təşkilatlarda apardığı maliyyə yoxlamalarında İslam Allahverdiyev sadəcə olaraq “mələk” libası geyinərək vasitəçi, barışdırıcı rolunu oynayır. Yəni yoxlanılan büdcə təşkilatının probleminin yoluna qoyulmasında Ədalət Nəbiyevlə idərə rəhbəri arasında əlaqələndirici rolunda çıxış edir. İddiaya görə bu roluna görə öz faizini alan İslam Allahverdiyev yaxın ətrafı ilə söhbətdə həmişə Beyləqan rayon icra başçısı Vaqif Abdullayevdən və 10 saylı Regional Maliyyə Mfəttişliyi rəisi Ədalət Nəbiyevdən narazılıq edir. İslam Allahverdiyev yaxın ətrafına həmişə deyir ki, başçı və Ədalət Nəbiyevin işləri gücləri ancaq ondan dayanmadan pul istəməkdir. İdarə müdiri hətta öz ətrafı ilə söhbətlərdə Vaqif Abdullayevlə Ədalət Nəbiyevə pul istədikləri üçün “Pul qaraçıları” ləqəbini də qoyub. Ancaq bütün bunların İslam Allahverdiyevin Ədalət Nəbiyevlə qurduğu “oyunun” tərkib hissəsi olduğu qeyd olunur.

Qeyd edək ki, İslam Allahverdiyev uzun müddət Beyləqan və Xocavənd rayonlarında “Kapital Bank” və Maliyyə idarələrinin müdiri vəzifəsində çalışıb. Mətbuatın yazdığına görə Xocavənd rayonunda işlədiyi dövrdə İslam Allahverdiyev bir çox qalmaqalların səbəbkarı olub. Həmin qalmaqallardan biridə məşhur “çəlik” məsələsidir ki, bu qalmaqal İslam Allahverdiyevi 10 min manata qədər ziyana salıb. Həmin hadisənin şahidləri idda edirlər ki, Xocavəndin keçmiş baş həkimi Nürəngiz Bəşirova olmasaydı bəlkədə İslam Allahverdiyevə zorakılıq maddəsi ilə cinayət işi açılıcaydı. Bu isə onun karyerasının üstündən birdəfəlik xətt çəkəm demək idi.

Oxunub: 676



XƏBƏR LENTİ